Avtobuslar dayanacaqda yox, zibil qablarının önündə dayanır - VİDEO

Paytaxtın Sabunçu rayonu, Sabunçu-Zabrat şosesi ilə hərəkət edən avtobuslar dayanacaqda yox, zibil qablarının önündə dayanır.
Məlumata görə, üzü Zabrat dairəsi istiqamətində hərəkət edən əksər sərnişin avtobuslarının sürücüləri kobud qayda pozuntusuna yol verirlər. Onlar dayanacaqda yox, məişət tullantıları üçün qoyulan konteynerin qarşısında dayanırlar. Bu isə avtobuslara minən və düşən sərnişinlərə çətinlik yaradır. Halbuki zibil qablarından 10 metr qarşıda dayanacaq üçün xüsusi ''cib'' düzəldilib.
Ərazidə yaşayan sakinlər də sərnişinlərin onlara maneə yaratdıqlarını, məişət tullantılarını ata bilmədiklərini deyirlər. Sərnişinlərin həyatını təhlükəyə atan belə sürücülərə və ya daşıyıcı şirkətə qarşı hansı tədbirlər görülür?
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, daşıyıcılara sərnişindaşıma qaydalarına riayət etməyə, sərnişinlərin dayanacaqdan kənar deyil, bilavasitə dayanacaq məntəqələrində mindirilib-düşürülməsi ilə bağlı tapşırıq verilib.
Ətraflı videomaterialda.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












