Avtobuslara GPS cihazları quraşdırılır

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda yeni GPS izləmə cihazının quraşdırılmasına başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən verilən məlumata görə, bu sistem nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı və s. barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.
Bu sistemin köməyi ilə istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə də nəzarət olunur.
Eyni zamanda GPS sisteminin quraşdırılması işləri yekunlaşdıqdan sonra sərnişinlər Bakı Beynəlxalq Avtovağzalının saytına (www.bbak.az) daxil olaraq şəhərlərarası və beynəlxalq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı dəqiq məlumat əldə edə biləcəklər.
Əsas məqsəd beynəlxalq və daxili sərnişindaşımada xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












