Avtomobil daşımalarını müzakirə etdilər

Daşkənddə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı Azərbaycan-Özbəkistan arasında saziş layihəsi müzakirə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. İclasda Özbəkistan Respublikası avtomobil və çay nəqliyyatı agentliyinin rəis müavini Şaalim Şavaxabov və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev iştirak edib.
Görüşdə beynəlxalq avtomobil daşımaları sahəsində Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın əhəmiyyəti, avtomobil nəqliyyatı sahəsində iki ölkə arasında qanunvericilik və normativ huquqi aktlar haqqında informasıya mübadiləsinin vacibliyi və qarşılıqlı tərəfdaşlığın inkişafından danışılıb.
2013-cü il ilə müqayisədə Özbəkistan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yük daşımaların həcminin 2015-ci ildə daha çox artımı qeydə alınıb.
Həmçinin, beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyətinin gələcək inkişaf üçün böyük potensiala malik olması fikri də vurğulanıb.
Tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəliblər.
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO










