Avtomobil istehsalçılarının maaşı artırıldı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Ford Motors” avtomobil şirkəti avtomobil sənayesi işçilərini təmsil edən Birləşmiş Avtomobil İşçiləri birliyi ilə 4 illik müqavilə imzalayıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, müqaviləyə əsasən, avtomobil sektorunda fəaliyyət göstərən işçilər iş müddətindən asılı olmayaraq eyni məbləğdə əmək haqqı alacaqlar. Əmək haqqı, təxminən, bir saata 29 dollara bərabərdir. Razılaşmadan əvvəl yeni işçilər saatda cəmi 19 dollar qazanırdılar. Eyni sistem artıq “Ceneral Motors” və “FIAT CHRYSLER” (Fiat Kraysler) tərəfindən də qəbul olunub. Yeni razılaşma Amerikanın 22 zavodunda 53 mindən çox işçini əhatə edir. “Ford” şirkəti, əlavə olaraq, işçilərini şirkətin gəlir bölgüsü çekləri ilə də təmin edir, həmçinin, hər il işçilərinə bonus pul qazandırır. Ekspertlər bildiriblər ki, şirkət yeni razılaşma əsasında, 4 il ərzində 9 milyard dollar sərmayə qoyuluşunu da zəmanət altına alıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












