Avtomobil istehsalı şirkətləri ilə razılıq əldə etdilib

İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə edib və bu şirkətlər hazırda birgə kompleks fəaliyyət planının (JCPOA) icra olunmasını gözləyirlər.
Avtosfer.az IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə Finlandiya-İran biznes-forumu çərçivəsində jurnalistlərə deyib.
M.Nemətzadə bildirib ki, hazırda Yaponiya və İtaliya şirkətləri ilə razılıq əldə etmək üçün danışıqlar gedir.
O qeyd edib ki, Finlandiya meşə təsərrüfatı, ekologiya, bərpa olunan enerji, su və kanalizasiya sistemləri və digər sahələrdə İranla əməkdaşlıq edə bilər: "Təklif etmişik ki, 2016-cı ilin fevral ayında Tehranda iki ölkənin şirkətlərinin iştirakı ilə biznes-forum keçirilsin".
İran və Finlandiya arasında ticarət dövriyyəsi sanksiyalara görə 2014-cü ildə 23 milyon avro dəyərində olub. Bu rəqəm 2006-cı ildə isə 200 milyon avro təşkil edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












