Avtomobil parkı sürətlə "qocalır" – Köhnə minik maşınların payı artıb

Ölkədə avtomobillərin sayı 1,7 milyon ədədi keçib. Bir müddət əvvəl açıqlanan statistikaya görə, son bir il ərzində Azərbaycanda maşınların sayı daha 94 min ədəd artıb. Bunların əksəri minik avtomobilləridir. Minik maşınları isə 1,5 milyon həddini keçib.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda avtomobil parkı sürətlə qocalır. Köhnə maşınların sayı çox artıb. 10 il əvvəl ölkədəki bütün minik avtomobillərinin 83 faizinin istismar müddəti 5 ili keçirdi. Yəni hər 100 maşından 17-ni təzə adlandırmaq olurdu. İndi isə istismar müddəti 5 ili keçən avtomobillərin payı 95 faizə çatıb. Bu dao deməkdir ki, gördüyümüz nəqliyyat vasitələrinin yalnız 5 faizi təzə sayılır.
Ölkədə avtomobillərin sayı sürətlə artır. Amma daha çox köhnə maşınların hesabına. Elə bil ölkə avtomobil qəbiristanlığıdır. Təsəvvür edin, 2014-cü ildə Azərbaycanda 186 mindən çox yaşı 5-ə çatmayan maşın varmış. İndi isə belə avtomobillərin sayı 81 min ədədi keçmir. Görün, ölkədə avtomobil parkı nə vəziyyətə qalıb!
İş orasındadır ki, yaşı 5-i keçmiş, amma istismar müddəti 10 ilə çatmayan maşınların payı da azalıb. Özü də 1,5 dəfədən çox. 2014-cü ildə say 232 min ədəd imiş, indi isə 152 min ədədə enib.
Son 10 ildə istismar müddəti keçmiş minik maşınların sayında 580 min ədəd artım olub. Vahiməli statistikadır! Harada köhnə maşın varsa, ölkəyə gətirilib. Nisbətən yaxşı vəziyyətdə olan avtomobillər də “qocalıb”.
Ölkədə sosial vəziyyətin pis olmasını həm də avtomobil parkının durumu göstərir. Başqa vaxt arqument gətirəndə deyirlər ki, insanlarda pul olmasa, bu qədər maşın sürülməz. Məşhur lətifədə olduğu kimi, "siz bunlara maşın deyirsiniz?"
Ölkə başdan-başa nimdaş avtomobillərlə dolu imiş. Paytaxt küçələrində bir neçə bahalı maşın görən kimi ölkə ilə bağlı "yüksək" fikirlər söyləməyə tələsirik. Halbuki vəziyyət heç yaxşı deyil. İnsanlar əldən düşmüş maşınların ümidinə qalıb.
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











