Avtomobil qəzası törətmiş şəxsə 8 il 6 ay

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Səbuhi Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Avtosfer.az “report”a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2014-cü il noyabr ayının 20-də Abşeron rayonu Xocəsən qəsəbəsində baş verib. Gecə saat 01:00 radələrində Salyan şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan Bakı şəhər sakini Vilayət Vəliyevə məxsus “VAZ 2104”ə vurub. Zərbənin təsirindən maşın sonradan Sabirabad rayon sakini Teymur Həsənova məxsus “BMW” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində S.Məmmədov və T.Həsənov xəstəxanaya yerləşdirilib. T.Həsənov ölüb, S.Məmmədova ilkin tibbi yardım göstərilib.
S.Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












