Avtomobil sığortası bu qədər ucuzlaşdı: Yenə də eniş gözlənilir

Rusiyada 2024-cü ildə minik avtomobilləri üçün Avtomobil Sahibkarlarının Məsuliyyət Sığortası (MTPL) sənədinin orta qiyməti 6,5 min rubla (118 manat 95 qəpik) qədər azalıb.
Bu barədə "Compare" maliyyə bazarının araşdırmasına istinadən məlumat yayıb.
Avtomobil sığortası təxminən yeddi faiz ucuzlaşıb. Xidmətin sığorta biznesinin inkişafı üzrə direktoru Vladislav Qolovkinin proqnozlarına görə, ilin sonuna qədər bir sığorta sənədinin orta qiyməti daha 500 rubl (9 manat 15 qəpik) düşə bilər.
Bildirilir ki, avtomobilin mülki məsuliyyətinin icbari sığortası olmadan avtomobil idarə etməyə görə cəzaların sərtləşdirilməsi fonunda sığortanın alınması daha sərfəli olur.
“Avtonəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortasının olmamasına görə cərimənin məbləği sığorta sənədinin orta dəyərinə yaxın olduqda, o sənədi almaq, bununla da özünüzü və maddi durumunuzu qorumaq daha sərfəlidir”, – Qolovkin izah edib.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, sığortanın olmaması üçün cərimənin məbləği 500 ilə 800 rubl arasında dəyişir. Əvvəllər onun on dəfə artırılması təklif edilirdi. Qayda pozuntusu təkrar törədildiyi təqdirdə sürücülərin altı aya qədər sürücülük vəsiqəsindən məhrum edilməsi təklif edilir. (Publika.az)
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS












