Avtomobil və ehtiyyat hissələrini alarkən aldanmayın – DİN rəsmisindən XƏBƏRDARLIQ

İnternet vasitəsilə bir çox məhsulu həm ucuz, həm də daha rahat almaq mümkündür. Artıq belə alış-veriş edənlərin sayında artım var. Lakin bu kimi hallar bəzi dələduzların da işinə yarayır.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Avto FM-in birgə layihəsi olan “Kiberinfo” verilişində DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev vətəndaşlara xəbərdarlıq edib.
O, bildirib ki, vətəndaşlar arzusunda olduğu avtomobili və ehtiyyat hissələrini çox ucuz qiymətə almaq istəyir: “Dərhal sosial şəbəkə və ya digər internet resursunda belə təkliflə qarşılaşırlar. Bu, təsadüfi deyil. Daha sonra təklif üçün linkə daxil olub hansısa şəxslə danışırlar. Nəzərə alınmalıdır ki, o şəxs heç vaxt vətəndaşla görüşməyəcək. Lakin ödənişi onlayn formada, kart məlumatlarını da istəyərək tələb edəcək. Ucuz məhsul olduğu üçün vətəndaşlar ödənişi tez edirlər. Belə hallarda vətəndaş uduzacaq, çünki kartdakı məbləğ həmin şəxsin əlinə keçmiş olacaq”.
DİN rəsmisi bu kimi halların baş verməməsi üçün vətəndaşlaırı diqqətli olmağa çağırıb.
Məhəbbət Tərlanoğlu
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












