Avtomobil yolunda fontan peyda oldu - VİDEO

Bu gün paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, “Memar Əcəmi” metrosunun yaxınlığından keçən avtomobil yolunda gözlənilmədən su fontan vurub. Təzyiqlə çıxan su dərhal yolu öz cənginə alıb. Elə bu vaxt yaxınlıqdan keçən avtomobillər bir anda dayanmalı olub. Nəticədə yolda tıxac yaranıb. Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları cəlb olunb. Axan suyun qarşısı qısa müdətdə alınıb. Məlum olub ki, yolun alt hissəsindən keçən və diametri 250 millimetr olan boru partlayıb. Partlamaya səbəb isə borunun çürük olmasıdır. Boru tezliklə müvəqqəti təmir olundu, axan suyun qarşısı alındı. “Azərsu” ASC-dən onu da bildirdilər ki, həmin ərazidə ümümiyətlə su boruları dəyişdirələcək. Yolun asfalt qatının zədələnməsi isə “Azəryolservis” ASC-ni təşvişə saldı. Əraziyə cəlb olunan qurumun əməkdaşları ilə “Azərsu” ASC-nin əməkdaşları arasında qısa anlaşmazlıq yaranıb. Qısa müddətdən sonra isə yolda avtomobillərin hərəkəti tənzimlənib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












