Avtomobili payıza hazırlamağın xərci nə qədərdir? - Mütəxəssis problemləri SADALADI

Soyuq və yağışlı havaların başlaması sürücüləri avtomobillərinə nəzarəti artırmağa vadar edir. Çünki payız fəslində müşahidə olunan hava şəraitində avtomobillərdə olan hər hansısa kiçik nasazlıq belə qəza şəraitinin yaranmasına gətirib çıxara bilər.
Bəs avtomobillər soyuq və yağışlı hava şəraitinə hazırlanarkən nələrə diqqət edilməlidir?
Bu barədə avtomobil ustası Fərzalı Mirzəyev açıqlamasında bildirdi ki, payız fəslində avtomobillərin köhnə təkərləri mütləq yenisiylə əvəzlənməlidir:
"Təkərin təzə olması 70-80 faiz qəzaların qarşısını almağa kömək edir. Ümumiyyətlə, qış və yay təkərləri mövcuddur. Burada təkərin havasının da əhəmiyyəti var. Qışda təkər nə qədər yumşaq olsa, əyləci sıxmaq o qədər asan olur və maşının sürüşmə ehtimalı azalır. Çünki yağış yağmayanda ən çox köhnə maşınlardan tıxaclar zamanı və s. asfalta müəyyən qədər yağ tökülür, yağış yağanda isə sanki həmin yağlar üzə çıxır. Bu da maşınların sürüşmə ehtimalını çoxaldır. Yağış bir neçə dəfə güclü yağandan sonra isə asfaltı yuyub təmizləyir və sürüşmə ehtimalı nisbətən azalır".
Ustanın sözlərinə görə, yayda zəif olan akkumulyator qışda özünü daha çox biruzə verir:
"Yayda istinin təsirindən akkumulyator işə düşür, amma soyuq havalarda əgər akkumulyator təzə deyilsə, maşın işə düşmür. Bundan başqa, yayda şüşəsilənlər çox istifadə olunmur və istinin də təsirilə qalıb çürüyür. Ona görə də yaydan qışa keçəndə çox adam şüşəsilənləri dəyişdirir. Həmçinin soyuq havalara keçid vaxtı sürücülərin əksəriyyəti avtomobilin radiatorunu adi sudursa, antifrizə keçirirlər. Çünki radiatoru don vura bilər. Bu həm də salona təmiz istilik verilməsi üçün vacibdir. Həmçinin payız və qış aylarında maşını rəngləmək tövsiyə olunmur, çünki yaxşı qurumur və yayda havalar istiləşəndə hamısı üzə çıxır".
O, avtomobili soyuq fəslə hazırlamağın tutduğu xərcdən də danışdı:
"Radiatorun təmizlənməsi, antifriz tökülməsi 50 manat civarındadır. Şüşəsilənlər isə o qədər də bahalı deyil, 5-10 manat xərc tutur. Təkərlər isə müxtəlif qiymətə var. Ən ucuz halda təkərin biri 85 manatdan başlayır və 200 manatadək təkərlər satışda var. Akkumulyatorun ən ucuzunun qiyməti 65-70 manatdan başlayır, ən bahalısı isə 200-250 manatdır.
(redaktor.az)
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO
D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür










