Avtomobili saatlarla günəş altında saxlayanlara XƏBƏRDARLIQ

Günəşin altında qalan avtomobil bir neçə saat ərzində sanki qaynar sobaya bənzəyir. Bu isə avtomobilə kifayət qədər ziyan verə bilir ki, bu da sürücünün cibini "yandırır".
Avtosfer.az xəbər verir ki, avtomobil ustası Sahil Ağabəyli saatlarla günəş altında qalan avtomobildə yaranan fəsadlardan danışdı.
O bildirdi ki, avtomobili günəşin altında saxlamaq ön və arxa faraların bozarmasına, avtomobilin boyasına, avtomobil içərisində olan hər hansı bir plastik maddələrin əriməsinə, hətta içəridə əgər şüşə butulka varsa və ona günəş şüası vurarsa, avtomobilin içərisində yanğına belə səbəb ola bilər:

"Günəşin ilk növbədə ən çox fəsad yaratdığı boyalar və plastik maddələrdir. Günəş həmçinin yanacaq çəninin qazlanmasına, hətta yanacağın uçmasına da səbəb ola bilər. O cümlədən mümkün olduğu qədər avtomobilləri kölgəlik yerlərdə saxlamaq lazımdır və yaxud avtomobillərin üstünü çadırlarla örtmək tövsiyə olunur. Əgər axşama qədər avtomobil yerindən tərpənməz vəziyyətdə olarsa, səhər-səhər günəşin çıxışına avtomobilin ön tərəfini ora tərəf vermək lazımdır. Günəş günortadan sonra avtomobilin arxa nahiyəsinə vursa, bunun fəsadı nisbətən az ola bilər". (redaktor)
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












