Avtomobilin üzərinə çıxan piyadanı nə gözləyir? — Bu qədər cəriməsi var - VİDEO

Əhmədli qəsəbəsində piyadanın sürücü ilə mübahisə zamanı avtomobilin üzərinə çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı ictimai rəydə piyadanın davranışına haqq qazandıranlar olsa da, qanunvericilik bu cür hallara fərqli yanaşır. Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı vəkil Sahib Məmmədov sosial şəbəkə hesabında bildirib ki, qanunvericiliyə əsasən sürücünün və piyadanın məsuliyyəti eyni dərəcədə qiymətləndirilmir.
Onun sözlərinə görə, sürücünün kobud davranışı müəyyən olunsa belə, bu halda məsuliyyət məhduddur:
“Əgər sürücünün piyadaların hərəkətinə mane olduğu sübuta yetirilərsə, o, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən uzaq başı 50 manat cərimə edilə bilər”.
Vəkil vurğulayıb ki, piyadanın avtomobilin üzərinə çıxması isə daha ağır hüquqi məsuliyyət yarada bilər:
“Piyadanın bu cür hərəkətləri artıq İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə uyğun olaraq qiymətləndirilir. Əgər 5 min manatdan çox olmayan, yəni az miqdarda ziyan vurulubsa, ziyanın bir misli ilə iki misli arasında cərimə tətbiq olunur”.
Sahib Məmmədov əlavə edib ki, vurulan ziyanın məbləği artdıqda məsələ inzibati xəta çərçivəsindən çıxaraq cinayət məsuliyyətinə çevrilə bilər:
“Daha böyük məbləğdə ziyan vurulduğu hallarda bu, artıq cinayət tərkibi yaradır və əməl vəziyyətdən asılı olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, yol hərəkəti zamanı emosional davranışlar həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilən ciddi hüquqi nəticələrə səbəb ola bilər.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












