Avtomobillər niyə bahalaşıb? - SƏBƏBLƏR

Ölkə ərazisində taksi fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiqləndikdən sonra avtomobil qiymətlərində artım müşahidə edilib.
Avtosfer.az xəbər verir ki, həm mütəxəssislər həm də avtomobilini satışa çıxaran şəxslər bunu təsdiqləyir.
Maşınını bazara çıxaran Eldar Vəliyev bildirib ki, taksi fəaliyyəti ilə bağlı qaydalar avtomobil sektorunda xeyli dəyişikliklərə səbəb olub.
“Hansı maşın istismara yararsızdırsa, onların qiymətləri düşüb. Hansının ki, ili 2015-2016-cı ildən yuxarıdır, qiymətində artım var”.

Təkcə ölkədaxili avtomobil bazarında yox, həm də ölkəyə gətirilən avtomobillərin qiymətində də artım müşahidə edilib. Dövlət Gömrük Komistəsinin rəsmi məlumatına əsasən, 2023-cü ilin əvvəlində ölkəyə gətirilən avtomobillərin orta qiyməti 15.121 ABŞ dolları idisə, bu ilin eyni dövründə məbləğ 19%-ə qədər artaraq 17.975 ABŞ dollarına qədər yüksəlib. Ölkəyə gətirilən hibrid avtobillərin orta idxal qiymətində də 36% artım sezilib.
Nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, ölkəyə gətirilən avtomobillərin istismar müddəti taksi fəaliyyətinə yararlı olduğu üçün, ümumilikdə avtomobil bazarında qiymət artımlarına səbəb olub.

“Ölkədə istifadə edilən avtomobillərin cəmi 20%-i 10 ildən yenidir. Qalan avtomobillər isə çox köhnə avtomobillərdir. Son dövrlərdə aparılan islahatlar ölkənin avtomobil parkının yenilənməsi məqsədi daşıyır”.
Ekspert onu da vurğulayıb ki, aparılan islahatlar qiymətlərin hələ uzun müddət artımına səbəb olacaq. Bu isə özünü daha çox minik avtomobillərində göstərəcək.
Səfər Əlizadə
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA










