Avtomobillərdən oğurluq edən gənclər yaxalandı

Bakının Nərimanov rayonunda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən teleqraf-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də H.Məmmədov küçəsində yaşayan Vüqar İsmayılzadəyə məxsus “Subaru” markalı avtomobildən şüşəni sındırmaqla içərisində telefon ləvazimatları olan əl çantası oğurlamaqda şübhəli Lənkəran şəhər sakini, 1997-ci il təvəllüdlü Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, onlar oktyabrın 14-də M.Sənani küçəsində Namiq Quliyevə məxsus “Mercedes”, oktyabrın 20-də O.Əliyev küçəsində Əsli Ağağülovaya məxsus “Nissan”, A.M.Cümə küçəsində Aysel Teymurovaya məxsus “Kia-Serato” və oktyabrın 27-də F.X.Xoyski küçəsində Kəmalə Abdurəhimova məxsus “Hyundai-Elantra” markalı avtomobillərdən pul, mobil telefon, sənədlər və digər əşyalar oğurlayıblar.
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










