Avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərin şüşələrini sındırıb oğurluq edən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 30-na keçən gecə, naməlum şəxs Gəncə prospektində Anar Zamanova məxsus "Toyota-Prado" markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən 270 manat və sənədlər oğurlayıb. A.Zamanov həmin şəxsi görüb tutmaq istəyərkən "Lada-Priora" markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb.
Qeyd olunan tarixdə Sadıqcan küçəsində Zaməddin Sadıqova məxsus "Mercedes" markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən sənədlər və H.Aslanov küçəsində Fazil Məmmədova məxsus "Toyota Land-Cruser" markalı avtomobildən, şüşəni sındırmaqla qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsizlik Şəhər Xidməti , Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi,Təhlükəsiz Şəhər Xidməti, 35, 36 və 37-ci Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluq və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Adil Cəlilov idarə etdiyi "VAZ-21723" markalı avtomobillə İ.İsmayılov küçəsində saxlanılıb və avtomobilə baxış zamanı oğurlanan əşyalar aşkar edilərək götürülüb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?










