Avtomobillərin qəfildən yanmasına səbəb nədir? - Texniki nasazlıq, yoxsa isti hava? - VİDEO

Qəbələdə hərəkətsiz vəziyyətdə olan avtomobil qəfildən alovlanıb.
Məlumata görə, sosial şəbəkələrdə yayılan həmin kardrlardan aydın olur ki, minik avtomobili yanır. Bir neçə gün əvvəl isə Səbail rayonu ərazisində taksi yanıb. Hər iki hadisədə xəsarət alan olmayıb.
Bəs avtomobillərin xüsusən də yay aylarında yanmasına səbəb nədir?
Texniki nasazlıq, yoxsa isti hava? Avtomobil ustası Sahil Ağabəyli deyir ki, yanğınlar adətən avtomobilin elektrik naqillərinə edilən müdaxiləyə görə baş verir. Usta hesab edir ki, avtomobilə əlavə avadanlıq quraşdırıldıqda naqillər həmin yükü qaldıra bilmir, nəticədə belə hadisələr də qaçılmaz olur. Usta deyir ki, çox nadir hallarda yanacaq sistemindən mühərrikə gedən borulardakı nasazlıq nəticəsində də yanğın ola bilər. Bu da adətən ili nisbətən köhnə olan avtomobillərdə baş verir.
Ustalar məsləhət görürlər ki, sürücülər avtomobilə əlavə avadanlıq quraşdırmasınlar.
Ətraflı videomaterialda.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












