Avtomobillərin utilizasiyası ilə bağlı ŞAD XƏBƏR

Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator - “Fast Track” MMC şirkəti reyestrdə qeydiyyata alınıb.
Avtosfer.az ASC-yə istinadən xəbər verir ki, yeni utilizatora qeydiyyata alınması barədə müvafiq sənəd təqdim olunub və bununla da ölkə üzrə utilizatorların sayı 3-ə çatıb.
Məlumata görə, yeni utilizatora qeydiyyata alınması barədə müvafiq sənəd təqdim olunub və bununla da ölkə üzrə utilizatorların sayı 3-ə çatıb.
Şirkət utilizator fəaliyyətini Abşeron rayonunda həyata keçirəcək. Bu da nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasında vətəndaşlar üçün əlçatanlığı artıracaq. Vətəndaşlar artıq Bakı və Gəncə ilə yanaşı, Abşeron rayonunda da nəqliyyat vasitələrini yeni utilizasiya məntəqəsinə təhvil verə biləcəklər.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır. Həmçinin, utilizator kimi fəaliyyət göstərmək niyyətində olan sahibkarlar da bu fəaliyyəti həyata keçirmək barədə müstəqil olaraq özləri qərar verirlər. Belə ki, müvafiq maddi-texniki imkanlara malik olan sahibkarlar əvvəlcə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə müraciət edir və zəruri tələblərə cavab verməsi müəyyənləşdirildikdən sonra reyestrdə qeydiyyata alınır.
Nəqliyyat vasitəsini utilizasiyaya təqdim etmək istəyən vətəndaşlar nəzərə almalıdır ki, əvvəlcə nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra, zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az portalına daxil edilməli və nəqliyyat vasitəsi müəyyən olunmuş vaxtda vətəndaşın seçdiyi utilizatora təhvil verilməlidir.
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından bugünədək 7860 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Köhnəlmiş və ya yararsız nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına 544 min manatdan çox birdəfəlik ödəniş köçürülmüş, həmçinin 374 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.
![]()
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












