“Avtoş” şeyxin azərbaycanlı biznesmenlə əlaqəsi varmış - FOTO-VİDEO


Əslində isə məlum olub ki, yüksək sürət xəstəsi olan şeyxin məqsədi Beverli Hillzdə istirahət etmək idi. Həmçinin üzə çıxıb ki, şeyx sentyabr ayından Kaliforniyada dəbdəbəli həyat yaşayırmış və ayı 55 min dollar kirayə götürdüyü malikanədə qalırmış.
Polisin məlumatına görə, şeyx Hamad sentyabrın 12-də ABŞ-da qeydiyyata alınmayan sarı rəngli “Ferrari LaFerrari” avtomobilinin sükanı arxasında olub, onun arxasınca “Porshce” şütüyüb. Şeyx yarım saatdan çox Beverli Hillz küçələrində şütüyüb, yarışa baxan sakinlərdən birini az qala vurub və maşının motoru tüstülüyəndə qaldığı malikanəyə geri qayıdıb.
Əl-Tanini izləyən mənbə deyib ki, onun qardaşı da bir neç milyon dollar dəyəri olan ağ “LaFerrari” ilə Los-Ancelesdə olub.

Sürət yarışından sonra şeyx və ailəsi “Beverly Wilshire Hotel” otelində və dəyəri 10 milyon dollar olan “Walden Drive” malikanəsində gizləniblər. Şeyx ailəsi həmin malikanəni bütün sentyabr ayı üçün 55 min dollara kirayələyibmiş.
Malikanəni isə daşınmaz əmlak reyestrində yer alan məlumata əsasən ötən ilin dekabrında İran əsilli azərbaycanlı biznesmen, Azərbaycanda geniş biznes fəaliyyəti ilə məşğul olan Əhədpur Xangah alıb.
Əhədpur Xangahın Amerika ordusunu ərzaqla təchiz etməyə dair müqaviləsi də var. Biznesmen Azərbaycan və İran vətəndaşlığına malikdir. Ə.Xangahın Kaliforniyadakı malikanəsini şeyx gecəsi 2250 dollardan olmaqla kirayələyib.
Malikanə nadir arxitektura üslubunda tikilib, 5 böyük otağı, həyətində hovuzu, xüsusi şərab anbarı var. Lakin əl-Tani avtoxuliqanlıqdan sonra ABŞ-dan qaçmalı olduğundan onun malikanə üçün əvvəlcədən ödədiyi depozit də batıb.
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO











