Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO

Avtosalondan alınan avtomobil sonradan sahibindən geri alına bilərmi?
Paytaxt sakini Natiq Cəfərov iddia edir ki, aylardır ödəniş etdiyi avtomobil indi ondan geri tələb olunur. Səbəb kimi isə nəqliyyat vasitəsinə verilmiş etibarnamənin ləğvi və tərəflər arasında yaranmış mübahisə göstərilir. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
İddialara görə, avtomobil avtosalona satış üçün deyil, yalnız icarə məqsədilə təqdim olunub. Buna baxmayaraq, nəqliyyat vasitəsi üçüncü şəxsə satılıb. Nəticədə yaranmış vəziyyət vətəndaş üçün ciddi problem yaradıb.
"Deməli, təxminən 3-4 ay əvvəl buradan maşın almışam. İlkin ödəniş kimi 5 000 manat vermişəm, 30 ay müddətinə aylıq 600 manat ödəmək şərti ilə götürmüşəm. Altı ay ödəniş etdikdən sonra etibarnaməni ləğv edib maşını geri istəyirlər. Ödənişlərdə heç bir problem olmayıb. Deyirlər ki, maşının əsl sahibi başqasıdır və aralarında mübahisə yaranıb. Mən isə çətin vəziyyətdə qalmışam, nə edəcəyimi bilmirəm. Heç bir kompensasiya da təklif olunmur, üstəlik, avtomobili idarə etmək üçün etibarnaməm də ləğv edilib", - şikayətçi deyib.
Məsələ ilə bağlı avtosalonun sahibi Rüstəm Əlibabayev bildirib ki, hadisə şirkətin keçmiş əməkdaşı ilə bağlıdır. Onun sözlərinə görə, həmin şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dələduzluq edib:
"Şirkətimizdə rəsmi işləyən Qulam Məmmədov tərəfindən yeyinti və dələduzluq halları aşkar edildiyi üçün o, işdən çıxarılıb. Hazırda bu fakt üzrə istintaq aparılır. Həmin şəxs 23 avtomobillə bağlı oxşar problemlər yaradıb və nəticədə, bir neçə vətəndaş zərər çəkib".
Daxili İşlər Nazirliyindən bildirilib ki, qeyd olunan avtosalonla bağlı vətəndaşların aldadılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












