Avtovağzal rəsmisi təkzib edir: "Böyüməyib"

Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin ərazisində yaranan çatların bir qədər də böyüməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.
Onun sözlərinə görə, yeni yaranmış çatlar Bakı Beynəlxalq Avtovağzalının ərazisinə düşmür.
Növbə rəisi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsində çatların yaranması məsələsinə də aydınlıq gətirdi: "Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsində mağazalar yerləşir. Orada çat əmələ gəlməyib. Buna görə də hər hansı təhlükədən söhbət gedə bilməz. Kompleksdən kənarda yaranmış çatlar isə aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb və hazırda ərazidə bərkitmə işləri davam etdirilir".
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmışdı. "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən ərazinin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlanmışdı. Sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış hər iki tərəfdən məhdudlaşdırılıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












