Baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, işlər qaydasında getsə stansiyalar ilin sonuna təhvil verilə bilər: “Yeni xətdə problemlər çox olub. Müəyyən avadanlıqlar var ki, onlar gətirilməlidir. Əgər vaxtında ölkəyə gəlsə işlər ilin sonuna kimi yekunlaşacaq. Gəlməsə isə tamamlama gələn ilin birinci rübündə yekunlaşacaq".
Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Amma ilk mərhələdə burada 5 vaqon hərəkət edəcək. Metropoliten tarixində ilk dəfə olaraq bu stansiyada yaşlılar, fiziki imkanı məhdud olan şəxslər üçün travolatorlar da olacaq. Onlar eskalatorlar kimi səs-küysüz və əlverişli hərəkət vasitəsidir. Onlar üçün xüsusi liftlər quraşdırılacaq.


Bakı metrosunun yeni stansiyası
"Avtovağzal" metro stansiyası piramidanı xatırladır. Stansiyada 6 giriş-çıxış nəzərdə tutulur. Yeni stansiyada 25 il istismar müddəti olan, zərbələrə davamlı eskalatorlarun quraşdırılması nəzərdə tutulub. Yeni stansiya vətəndaşların Beynəlxalq Avtovağzal kompleksinə gediş-gəlişini asanlaşdıracaq. Metrostansiyanın uzunluğu 2200 metrdir.

"Avtovağzal" stansiyasının inşaasından görüntü














