“Avtovağzalın qarşısında baş verən sürüşmə-çökmə ciddi məsələdir" - Abid Şərifov

“Həmin ərazidə yağış kollektoru olmadığından istinad divarlarında axma baş verib. Bununla bağlı mütəxəssislər tərəfindən layihə hazırlanıb və işlər həyata keçirilir”. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə-çökməyə və istinad divarının sökülməli olduğu barədə bəzi mütəxəssislərin rəyinə münasibət bildirən baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədr Abid Şərifov deyib. A.Şərifov bildirib ki, bu, böyük və ciddi məsələdir: “Hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq. Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşaallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”.
Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb. İstinad divarının yuxarı və orta hissəsində bərkitmə işlərinə başlanılsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında bildirib ki, istinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək, həmin istinad divarını söküb yenidən inşa etmək lazımdır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












