Avtovağzalın sürüşən hissəsinin təmiri davam edir

Ötən aydan etibarən dəfələrlə sürüşmə müşahidə olunan Bakı Beynəlxalq Avtovağzal Kompleksində bir neçə gündür təmir işləri başlayıb. Avtosfer.az virtualaz-a istinadən xəbər verir ki, kompleksin sürüşmə ərazisindəki istinad divarlarına qoyulan dirəklərin sayı artırılıb və yuxarı hissədə, yəni maşın yolunun yaxınlığındakı ərazidə də müvafiq tədbirlər görülür.
Qeyd edək ki, ötən aydan başlayaraq yağan intensiv yağışlara görə kompleksin ərazisində sürüşmə oldu. Sürüşmənin qarşısının alınması üçün ilkin tədbir olaraq yarğan əmələ gələn ərazi asfaltlansa da növbəti yağışda həmin hissədə də yeni yarıqlar əmələ gəldi. Vəziyyətlə əlaqədar kompleksin qarşısındakı avtobus dayanacağı bağlandı.
Məsələyə aidiyyatı qurumlar da münasibət bildirdilər. Belə ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov bunun ciddi məsələ olduğunu və əraziyə mütəxəssislərlə birlikdə baxış keçirildiyini vurğuladı. AMEA-nın rəyinə görə isə ərazidə sürüşmənin baş verməsinin səbəbi həmin ərazidə yol altında və yol altına yaxın olan infrastrukturda bərkitmə işlərinin keyfiyyətlə aparılmaması olub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












