Avtovağzalın xəbəri yoxdur? - FOTO

"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda baş vermiş çökmənin qarşısını almaq bizim işimiz deyil".
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib: "Bakı Beynəlxalq Avtovağzal Kompleksinin işi sərnişinləri avtobusla təmin etməkdən ibarətdir. Bu cür məsələlər kompleksin səlahiyyətlərinə daxil deyil. Bütün saytlar, televiziyalar bizdən soruşur. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmələr, çökmələr olması barədə məlumatlar yayılır, amma vallah, mənim də xəbərim yoxdur".
Ərazidəki çökmə ilə bağlı dolğun məlumatının olmadığını deyən M.Abdullayev bir neçə gün əvvəl trend-ə açıqlamasında sözügedən ərazidə sürüşmə ilə bağlı bir sıra bərkitmə işlərinin aparıldığını bildirmişdi.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev isə Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə, çökmə ərazisinin əhatə dairəsi genişlənib. "Həmin ərazidə sürüşmə, çökmə aktiv fazadadır. Orada vəziyyət daha da pisləşib, çatlarda müəyyən qədər genişlənmə olub. Oturma daha da intensivləşib. İstinad divarı bir qədər də avtovağzal tərəfə irəliləyib".
Ə.Piriyev ərazidəki aktivləşmənin yağış və suvarılma sularının təsirindən baş verdiyini qeyd edib: "İstinad divarının arxasında tökmə torpaqdır. Orada suvarılma və yağışların təsiri nəticəsində torpaqlarda doyma prosesi baş verib. Müəyyən qədər torpaq dayanıqlığını itirib və avtovağzal tərəfə hərəkət edib. Orada diametri böyük olan borularla intensiv olaraq selləmə suvarılma işləri aparılırdı. Yağışlar da bu sularla birləşəndə bu, bütün sahələrdə çökmə, oturma prosesini daha da artırıb, intensivləşdib. Orada torpaq dayanıqlığını itirdiyindən müəyyən qədər avtovağzal tərəfə irəliləyib".
Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb. Trend-in hadisə yerində olan əməkdaşının həmin ərazidən əldə etdiyi ən son foto görüntüləri sizə təqdim edirik.



Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










