Axşamdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Mayın 13-ü axşamdan etibarən Azərbaycanda hava şəraitinin bir qədər dəyişməsi, temperaturların aşağı düşməsi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, sabah günün birinci yarısında ölkə ərazisində cənub küləyin əsməsi gözlənilir. Onun sözlərinə görə, sabah mülayim cənub küləyi əsəcək və havanın temperaturunda dəyişiklik olmayacaq: “Amma mayın 13-dən 14-nə keçən gecə külək istiqamətini dəyişərək şimal-qərb küləyi ilə əvəz olunacaq. Mayın 14-də və 15-də arabir güclənən şimal küləyi əsəcək. Ona görə də havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək. Belə ki, mayın 14 və 15-də havanın temperaturunun 3-5 dərəcə aşağı enməsi gözlənilir ki, bunun nəticəsində də havanın temperaturu iqlim normasına yaxınlaşacaq”.
Qeyd edək ki, son 2-3 gün ərzində ölkə ərazisində müşahidə olunan havanın hərarəti iqlim normasından yüksəkdir. Belə ki, son 2-3 gün ərzində ölkədə havanın temperaturu iqlim normasından 5-7 dərəcə yüksək olub.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












