AYB üzvlük haqqı ödəməyənləri xaric edəcək: "500 adamın ildə 15 manatla dolanması mümkün olar?"

"Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklər". Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında AYB sədri, Xalq yazıçısı Anar Rzayev məlumat verib. Onun sözlərinə görə, beş ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar və bununla bağlı sonuncu dəfə sabah rəsmi yazılı xəbərdarlıq elan olunacaq. Anar Rzayev vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.
O, bununla yanaşı, həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb:
"Onlara ödəniş etmələri üçün hələ də vaxt veririk. Amma ödəməsələr, bu o deməkdir ki, onlar Azərbaycan Yazıçılar Birliyinə lazım deyillər".
Yazıçı Anar onların üzvlük haqqını ödəməmələrinin səbəblərindən danışarkən bildirib:
"Elələri var ki, Yazıçılar Birliyindən hər şeyi qoparmaq istəyirlər. Amma ildə 15 manat verməyə qıymırlar".
AYB sədri vurğulayıb ki, il ərzində yığılan üzvlük haqları maaşlara və qonorarlara təsir edə bilər:
"Üzvlük haqları zəruri xərclərimizə sərf olunur. Biz yığılan o haqları mükafatlara, kitab çaplarına xərcləyə bilərik. Yazıçılar Birliyinin 3 000 üzvü var. Onlardan 2 500 nəfəri üzvlük haqqını vermir. İl ərzində 15 manat nədir ki, onu da ödəmirlər? Əgər bizə dövlət tərəfindən maliyyə yardımı olmasa, üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 adamın ildə 15 manatı ilə dolanmaq olar?"
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












