AYİB Transxəzər dəhlizinə dəstək üçün 45 mln. avro ayırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB ) Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır. Avtosfer.az bu barədə AYİB-ə istinadən xəbər verir. Məlumata görə, 35 milyon avro həcmində kredit Qazaxıstanın Xəzər dənizində yerləşən əsas dəniz qapısı – Aktau limanının infrastrukturunun yenilənməsinə dəstək məqsədilə ayırılıb. Layihə, həmçinin Avropa İttifaqının Asiya-Sakit Okean İnvestisiya Mexanizmi çərçivəsində 10 milyon avroya qədər qrantla maliyyələşdiriləcək.
Qeyd edilib ki, maliyyə vəsaiti limanın iki körpüsünün genişləndirilməsinə və hava şəraitinə davamlı kranların alınmasına yönəldiləcək. Bu tədbirlər nəticəsində limanın konteyner daşımaları üzrə ötürücülük qabiliyyəti iki dəfə artırılacaq, hər konteynerin yüklənmə-boşaldılma vaxtı isə hazırkı 4 dəqiqədən 2,5 dəqiqəyədək azalacaq. Bildirilib ki, Aktau limanı AYİB-in rəhbərliyi və Aİ tərəfindən maliyyələşdirilən tədqiqatda Avropa ilə Mərkəzi Asiya arasında davamlı nəqliyyat əlaqələrinin əsas elementlərindən biri – Transxəzər Dəhlizinin mühüm həlqəsi kimi müəyyən edilib. Layihə Aktau limanının 2026-cı ilin sonunadək Xəzər regionunun ən böyük konteyner terminalını inkişaf etdirmək proqramına daxildir. Terminalın illik 3,4 mln. ton ekvivalentli konteyner emal edəcəyi proqnozlaşdırılır. Liman Qazaxıstanın “Samruk-Kazyna” dövlət rifah fondu tərəfindən idarə olunur və Qazaxıstan Dəmir Yolları tərəfindən istismar edilir. Xatırladaq ki, ümumilikdə AYİB Qazaxıstanda 340 layihə üzrə 10 milyard avrodan çox investisiya yatırıb ki, bunun böyük hissəsi özəl sahibkarlığın dəstəklənməsinə yönəlib.
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












