AYNA: Avtobuslarda diferensial ödənişlərə keçid üçün xüsusi infrastruktur qurulmalıdır

Azərbaycanda avtobus marşrutlarında məsəfəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Avtosfer.az xəbər verir ki, bu barədə diferensial gediş haqları ilə bağlı sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
“Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər isə məsafəyə görə dəyişir”, - deyə qurum əlavə edib.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində, xüsusən Avropa ölkələrində ictimai nəqliyyatda çevik və diferensial ödəniş sistemi tətbiq edilir. Bu ölkələrdə metro, avtobus və tramvaylardan istifadə etmək üçün saatlıq, günlük, aylıq, illik biletlər sərnişinlərə təqdim olunur. Azərbaycanda da artıq dəmir yolu ilə sərnişin daşımalarında bu beynəlxalq yanaşmanın müəyyən qədər tətbiqinə başlanılıb. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin daşımada loyallıq proqramına start verib. Bu proqrama görə, sərnişinlər gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar. Eyni zamanda, noyabrın 1-dən ADY-də bilet qiymətləri tələbdən asılı olaraq dəyişəcək. Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.
Məlumat üçün deyək ki, son dövrlər sosial şəbəkələrdə və müxtəlif ictimai müzakirələrdə Azərbaycanda ictimai nəqliyyat sistemində diferensial və çevik ödəniş sisteminin tətbiqinin lazımlılığı barədə fikirlər ortaya qoyulur. Bu sektorda keçirilməli olan islahatlar çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna, tələbələrə güzəştli gediş haqlarının tətbiqi məqsədəuyğun hesab edilir.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












