AYNA: Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımaları artıb

2021-2023-cü illərdə Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımalarının sayı 3 dəfə artıb.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.
"Əgər 2021-ci ildə Azərbaycan şirkətləri 3-cü ölkələrdən 13 min 979 daşıma həyata keçirmişdisə, 2023-cü ildə isə bu göstərici 42 min 627 olub", - deyə o qeyd edib.
"3-cü ölkələrdən beynəlxalq yük daşımaları, həm xidmətlərin ixracı, həm də ölkəyə valyuta gətirilməsi baxımından son dərəcə mühüm daşıma növüdür: Söhbət başlanğıc və son təyinat məntəqəsi Azərbaycan olmayan, ancaq milli daşıyıcının yerinə yetirilən daşımalardan gedir. Bu istiqamətdə müsbət nəticələr əldə edilib", - deyə AYNA rəsmisi əlavə edib.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












