AYNA bu marşrut xətlərini müsabiqəyə çıxarıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Laçın, Bakı-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli, Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan şəhərlərarası və Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.
Avtosfer.az AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 6 sentyabr 2024-cü il saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Xankəndi-Laçın, Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi) istiqamətlərində 5 Lot üzrə sentyabrın 24-də;
Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 4 Lot üzrə sentyabrın 27-də;
Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli və Xankəndi-Laçın istiqamətlərində 4 Lot üzrə oktyabrın 1-də;
Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutu, eləcə də Xocalı-Laçın və Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə oktyabrın 4-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












