AYNA: Sərnişindaşımada nəqliyyat vasitələrinin 68,5 faizi GPS-lə təchiz olunub

Artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin 68,5 %-i GPS avadanlığı ilə təchiz olunub.
Avtosfer.az AYNA-ya istinadən xəbər verir ki, bu iş davam etdirilir. Bu nəqliyyat vasitələri Monitorinq Mərkəzi tərəfindən mütəmadi olaraq izlənilir.
Bildirilib ki, hazırda paytaxtdan ölkənin müxtəlif şəhər və rayonlarına 253 müntəzəm avtobus reysi fəaliyyət göstərir. Mövcud qanunvericiliyin tələbləri əsasında 178 reys üzrə müsabiqələr keçirilərək qalib daşıyıcılar müəyyən edilib.
Bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 67 yeni və müasir avtobus cəlb olunub. Bu isə avtobus parkının 22,5 %-nin müasir nəqliyyat vasitələrilə əvəzlənməsi deməkdir.
Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr yekunlaşıb. Nəticədə mövcud avtobus parkının orta yaşı 21 ildən 10 ilə qədər azalıb.
Ölkənin şimal istiqaməti üzrə də bütün müsabiqələr bitib. Quba, Qusar, Xaçmaz, Xudat, Şabran və Siyəzən istiqamətləri üzrə reyslərə 19 yeni və müasir nəqliyyat vasitəsi cəlb olunub. Bu, avtobus parkının 22,6 %-nin yenilənməsi deməkdir.
Paytaxtdan müxtəlif şəhər və rayonlara fəaliyyət göstərən reyslərin 92 %-i onlayn bilet satışı üçün “biletim.az” portalına inteqrasiya olunub.
Avtobus marşrutları üzrə müsabiqələr mərhələli şəkildə keçirilir və bütün istiqamətlər üzrə sərnişindaşıma fəaliyyətinə yeni və müasir avtobusların cəlb edilməsi nəzərdə tutulur.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











