AYNA və DYP sərnişindaşımaya dair maarifləndirici reydlər keçirib - FOTO

Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dair daşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayət etmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin bu sahədə maarifləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) birgə reyd keçiriblər.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, reyd zamanı daşıyıcıların mülkiyyət, icarə və istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili, bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartlarının mövcudluğu yoxlanılıb.
Buraxılış kartı olmayan 2, sərnişin daşımalarında istifadə olunan formulyarın doldurulmaması ilə bağlı 5 sürücü barədə inzibati xəta haqqında protokol tərtib edilib. Maarifləndirici reydlər davam etdirilir.
Ümumilikdə 40-a yaxın sürücü formulyarların düzgün doldurulması və daşımaların qanunvericiliyə uyğun aparılması barədə məlumatlandırılıb.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.



Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












