Azad edilən ərazilərimizdə tikilən yarımstansiyaların son vəziyyəti AÇIQLANDI - FOTO-VİDEO

“Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir. Qurumdan verilən məlumata görə, bunun üçün “Şükürbəyli” yarımstansiyasından 40 km məsafədə yeni tikilən “Cəbrayıl” yarımstansiyasına, Cəbrayıldan 45 km məsafədə yeni tikilən “Qubadlı” yarımstansiyasına, Qubadlıdan 29 km məsafədə yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilir.
Hər üç yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılmaqla yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla Dispetçer İdarəetmə sisteminə qoşulacaq. “Cəbrayıl” yarımstansiyasında artıq işlər tamamlanmaqdadır.
“Qubadlı” və “Zəngilan”da da işlərin çox hissəsi görülüb və sürətlə davam etdirilərək yaxın vaxtlarda yekunlşacaq. Bundan başqa, hazırda Ağdam rayonunda 110/35/10 kV-luq iki yarımstansiya tikilir.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi sürətlə davam etdirilir və sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.
Qeyd edək ki, bu günə qədər “Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75 km, Daşkəsəndən isə Kəlbəcərə 70 km məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib.
Həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib, eyni zamanda Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










