Azad olunan rayonlarda hərbi prokurorluqlar tam formalaşdırılıb

"Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində həmin ərazilərdə digər dövlət qurumları ilə yanaşı, hərbi prokurorluq orqanlarının da yaradılması və fəaliyyətinin təmin edilməsi zəruri idi.
Bununla əlaqədar olaraq, Azərbaycan Prezidentinin 1 aprel 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yeni – Qubadlı Hərbi Prokurorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılmış, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılıb. Bununla da Hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının yurisdiksiyasına aid olan bütün ərazilərdə təşkil edilib", - o vurğulayıb.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH












