AZAL təyyarəsinin qəzası ilə bağlı məktub üzə çıxdı: Məsuliyyət daşıyanlar ... - FOTO

"2025-ci ilin dekabrında Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib".
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə anonim istifadəçi tərəfindən "BT News" "Telegram" kanalına göndərilən sənəddə bildirilir.
Sənədin əslində Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub olduğu iddia edilir.
Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür və məntiqi bir sual doğurur: Rusiya İstintaq Komitəsi, əslində, günahı "hava şəraitinin" üzərinə yıxırsa, o zaman hansı əsasla cinayət işinə xitam verir? Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdır? Axı faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir.
AZAL təyyarəsi "Pantsir-S1" hava hücumundan müdafiə raketi ilə vurulub və sonradan Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Bu sənədin məzmunu Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində qəzaya uğradığını etiraf etmiş və "bu cür vəziyyətlərdə nə lazımdırsa, onu etməyə" hazır olduğunu bildirmişdi.
Lakin "nə lazımdırsa", ilk növbədə, günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi isə açıq şəkildə bu yanaşmaya uyğun gəlmir.
Qeyd edək ki, bu sənədin həqiqi olub-olmaması müəyyən edilməyib.


İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












