Azərbaycan 500 dollardan çox əlavə ödəniş alır - TIR-lar ölkəmizdən yan keçirlər

Orta Asiya Türkiyənin mühüm ixrac bazarlarından biri mövqeyindədir. Türkiyədən Özbəkistana, Qırğızıstana, Tacikistana və Qazaxıstana illik 40 minə yaxın ixrac səfəri edilir. Bu daşımaların yarıdan çoxu da Türkiyənin ticarət əlaqələrin gedərək inkişaf etdiyi Özbəkistana edilir. Avtosfer.az xəbər verir ki, pandemiyadan əvvəl Türkiyə nəqliyyatçıları Orta Asiya səfərlərinin 90%-ni İran üzərindən Türkmənistana, oradan da digər ölkələrə keçərək edirdilər. Ancaq pandemiya səbəbilə Türkmənistan bütün dünyaya tranzit keçidi bağlayıb. Buna görə Türkiyə nəqliyyatçıları üçün Orta Asiyaya getmək üçün yalnız iki variantı qalıb. Alternativ ən qısa yol Gürcüstan-Azərbaycan istiqamətidir. Ancaq Azərbaycan, yük avtomobili başına 500 dollardan çox əlavə ödəniş aldığı üçün nəqliyyatçılar Gürcüstan-Rusiya-Qazaxıstan üzərindən Orta Asiyaya keçməyi seçir.
Məlumata görə, Azərbaycanın Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi iyun sonunda İstanbulda keçirilmiş yığıncaqda Türkiyə nəqliyyatçılarından alınan əlavə ödənişlərin bir çoxunun ləğv ediləcəyinin müjdəsini verib. Ancaq bunun üçün qanuna dəyişiklik edilməlidir. Azərbaycanın Milli Məclisi tətildə olduğu üçün Oktyabr ayından əvvəl bu mövzuda bir həll gözlənilmir.
Türkiyə nəqliyyatçılarının digər bir problemi Azərbaycanın və Qazaxıstanın tranzid keçid sənədi (icazə) sayını artırmamasıdır. Türkiyə 3 milyard dollarlıq ixracını bu səbəbdən həyata keçirə bilmir.///marja.az
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












