“Azərbaycan Beynəlxalq Bankı” cərimələndi - ŞOK MƏBLƏĞ

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-ni (ABB) 272 344 manat cərimə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
Bildirilib ki, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər "Mərkəzi Bank haqqında" qanunla, qurumun "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması" qaydası ilə tənzimlənir. Odur ki banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə AMB-də olan müxbir hesablarında saxlanılmasını təmin etməlidirlər.
15 oktyabr - 14 noyabr tarixlərini əhatə edən saxlama dövründə ABB manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq dövlət bankına qarşı maliyyə sanksiyası tətbiq olunub.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












