"Azərbaycan Dəmir Yolları" yeni teplovozlar alıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olan lokomotivlərin istismar müddətinin keçməsini nəzərə alaraq, inventar parkının yeniləşdirilməsi çərçivəsində Qazaxıstanın "Lokomotiv quraşdırma" SC ilə 10 ədəd yeni istehsal edilmiş, yükdaşıma üçün nəzərdə tutulan TE33A "Evalution" tipli teplovozun alınması üçün müqavilə imzalanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Cəmiyyətin Mətbuat Katibliyindən verilən xəbərə görə, müqavilə əsasında Azərbaycana gətirilən TE33A "Evalution" tipli teplovoz müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilib, çəkisi 138 ton gücü (4 400 at gücü) 3 356 kVt-dır.
Qeyd edək ki, bu teplovozların birincisi avqustun 3-də Çinin Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəyə gətirilib. Həmin teplovozlardan 5 ədədi artıq Azərbaycana gətirilib, yerli şəraitə uyğun olaraq sınaqdan çıxarılıb, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilib. Bu teplovozların istismarı zamanı müəyyən edilib ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35% qənaət etməklə, sahə üzrə 3 200 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.
Bundan başqa, "Azərbaycan Dəmir Yolları" QSC ilə Estoniyanın "Hanseatic Rail" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, 4 ədəd yeni quraşdırılmış, müasir VL-11m6 seriyalı elektrovoz alınıb. Bu elektrovozlar 2014-cü ildə istehsal edilib, çəkisi 184 ton, gücü 5 680 kVt, sahə üzrə 3 500-4 000 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.
Alınmış hər iki növ lokomotivlərdə müasir təhlükəsizlik avadanlıqları quraşdırılıb, lokomotiv briqadalarının işləməsi üçün bütün şərait yaradılıb, kondisioner, soyuducu və mikrodalğalı qızdırıcılarla təchiz edilib.
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










