Azərbaycan dənizçiləri üçüncü oldu - FOTO

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib. Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu mərhələdə hərbi dənizçilər komandada beş nəfər olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək müəyyən məsafəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.
Hakimlər komissiyasının qərarı ilə bu mərhələdə İran komandası 20 balla birinci, Rusiya komandası 18 balla ikinci, Azərbaycan komandası 16 balla üçüncü, Qazaxıstan komandası isə 11 balla dördüncü yerə layiq görülüb.
Yarışların ümumi nəticəsinə görə hazırda İran komandası 58 balla birinci, Qazaxıstan komandası 49 balla ikinci, Azərbaycan komandası 48 balla üçüncü, Rusiya komandası isə 46 balla dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsi ümumi üç mərhələ üzrə altı epizoddan ibarətdir.
Növbəti günlərdə hərbi dənizçilərimiz “Artilleriya atışlarının yerinə yetirilməsi” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaqlar.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












