Azərbaycan Ermənistana xəbərdarlıq etdi

Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir. Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir. "Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir.
Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir", - deyə məlumatda qeyd edilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












