Azərbaycan-Gürcüstan sərhədini pozan qaraçılar saxlanılıb - FOTO

Sentyabrın 7-də Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda dövlət sərhədini pozmağa cəhd göstərən 3-ü azyaşlı uşaq olmaqla, 10 nəfərdən ibarət qaraçı milliyyətindən olan şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı onlardan 2 nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar, hazırda istintaq tədbirləri davam etdirilir.
Ümumiyyətlə, son dövr ərzində qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur.
2020 və 2021-ci illər ərzində Azərbaycan-Gürcüstan və əks istiqamətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılıb.
Bu şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, 63 şəxs isə azyaşlı olduqları üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər.
Buna baxmayaraq, saxlanılan şəxslərdən 13 nəfərinin təkrarən bir neçə halda dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmələri müəyyən edilib.
"Göstərilənləri nəzərə alaraq, bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə ciddi tədbirlər davam etdirilir", - DSX-dən bildirilib







Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












