Azərbaycan kartofu Rusiyada yerli məhsulu sıxışdırır

Rusiyada marketlər yerli və ucuz kartof əvəzinə daha baha olan Azərbaycan kartofuna üstünlük verir.
Avtosfer.az “vokrugsveta.ru” nəşrinə istinadla xəbər verir ki, Rusiyada yerli istehsal olan kartof daha ucuz və boldur. Buna rəğmən alıcılar xarici məhsula üstünlük verirlər. əsasən 3 ölkədən – Azərbaycan, Misir və Çindən kartof idxal edilsə də, Azərbaycan məhsulu yüksək qiymətə baxmayaraq rəqiblərini geridə qoyub.
Rusiyalı ekspertlərin fikrincə, yerli məhsul ötən ildən qaldığı üçün keyfiyyətini və dadını itirib. O tez sıradan çıxır, ucuz alınsa da, saxlama xərci çox olduğundan ticarət şəbəkələri gəlir əldə edə bilmir.
Bunun əksinə, təzə Azərbaycan kartofunu saxlamaq üçün xüsusi şərait tələb olunmur. Üstəgəl, idxal da davam edir.
Bununla belə, ekspertlər vəziyyətin çox davam etməyəcəyi qənaətindədirlər. Rusiyanın isti regionlarında bir aydan sonra kütləvi məhsul yığımı başlayacaq və idxaldan asılılıq azalacaq.
Qeyd edək ki, bu vəziyyət həm də Azərbaycanla Rusiya arasında onilliklər ərzində formalaşmış iqtisadi münasibətlərin göstəricisidir. Yaz-yay mövsümündə şimal qonşumuza böyük həcmdə kartof satsaq da, qışda Belarus və Rusiyadan eyni məhsulu alırıq. Bu cür idxal-ixrac əməliyyatları hər 3 ölkə üçün iqtisadi cəhətdən əlverişlidir.
Vüqar
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












