“Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq”

“Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri pozmamalıdır”.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
O bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacağına ümid etdiyini bildirib: “Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Bu məsələdə bizim fikirlərimiz fərqlidir. Əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedən çıxış edirdi. Biz əvvəldən onunla razılaşmırdıq.
Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacaq. Mövcud vəziyyət naminə qarşılıqlı, faydalı maraqları qurban verməyəcəyik”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Qlobal Şuşa Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablayarkən onlara işğalla barışmamağı tövsiyə etmişdi.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












