Azərbaycan və İran sərhəd-keçid məntəqələrinin buraxılış imkanlarını müzakirə edib - FOTO

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqələrinin buraxılış imkanları müzakirə olunub.
Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, müzakirələr Dövlət Gömrük Komitəsinin nümayəndələrinin Culfa, Şahtaxtı, eləcə də İranın Culfa və Poldəşt sərhəd buraxılış məntəqələrinə səfəri zamanı aparılıb.
Görüşlərdə buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədələrin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub. Daha sonra sərhəd-keçid məntəqələrinin buraxılış imkanları, beynəlxalq daşımalarda tətbiq edilən qaydalar haqqında tərəflərin məsul nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Azərbaycan daşıyıcılarının İranda üzləşdikləri çətinliklər barədə qarşı tərəfin nümayəndələrinə ətraflı məlumat verilib. Yük nəqliyyat vasitələrinin mütəmadi yoxlamalara cəlb edilməsinin buraxılış qabiliyyətini ləngitdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın sərhəd-gömrük keçid məntəqələrində nəqliyyat vasitələrinin yoxlamaya cəlb edilməsi süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir. Qeyd edilib ki, Azərbaycan tərəfdə Culfa və Şahtaxtı buraxılış məntəqələrinin infrastrukuturu ən yüksək tələblərə cavab verir, nəqliyyat vasitələrinin sürətli yoxlanılmasına imkan verən rentgen qurğuları ilə təchiz olunub. İranın Culfa və Poldəşt sərhəd-keçid məntəqələri rentgen cihazı ilə təchiz edilmədiyindən yüksək risk qrupuna daxil olan nəqliyyat vasitələrinin buraxılması ehtimalı artır. İran tərəfi yaxın zamanda bu cür qurğuların quraşdırılacağını bildirib. Eyni zamanda, bəzi hallarda Culfada gecə saatlarında İran tərəfinin fəaliyyət göstərməməsi, Şahtaxtı və Poldəştdə 16 saatlıq iş rejimin olması da buraxılış qabiliyyətinə təsir edən amil kimi qeyd olunub.
Tərəflər qeyd olunan mövzuların qarşılıqlı şəkildə müzakirə edilib, iş saatlarına baxılması məsələsi barədə razılığa gəliblər.
Sadalanan çatışmazlıqlar aradan qaldırılandan sonra günlük bir istiqamətdə Şahtaxtı üzrə 150-200, Culfa üzrə 200-250 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.

Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
Bəzi yollarda tıxac yarandı - SİYAHI










