Azərbaycan yükdaşıyıcıları Çində logistik mərkəz yaradıblar” - Kənan Qurbanov

Azərbaycan yükdaşıyıcıları Çində logistik mərkəz yaradıblar.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov bildirib.
Onun sözlərinə görə, Türkiyə və Asiya istiqamətlərində yükdaşımalarında artım var:
“Buna səbəb isə Azərbaycan ilə Çin arasında viza rejiminin aradan qaldırılmasıdır. Bu, beynəlxalq daşımalar üçün çox vacib və mühüm razılaşmadır. Əvvəllər bizim sürücülər Çinə daxil ola bilmirdi, çünki viza almaq üçün uzun prosedurlar lazım idi. İndi isə viza rejimi ləğv olunub, proses rahatlaşıb".
O vurğulayıb ki, hazırda sürücülər Çinə rahat gedirlər:
“Əvvəllər sərhəddə malları çinli vasitəçilər alır və ölkənin daxilinə aparırdılar. Bizim sürücülər isə yalnız sərhədə qədər gedə bilirdi. İndi bu məhdudiyyət aradan qalxıb. Artıq bəzi logistika şirkətlərimizin Çində öz mərkəzləri də fəaliyyət göstərir".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











