Azərbaycana məxsus “Murovdağ” gəmisi Cənubi Amerikadan Afrikaya yük aparıb

“AZCON Holdinq” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Murovdağ” quru yük gəmisi Uruqvaydan Konqoya 26 min 768 ton buğda çatdırıb.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, gəmi səfərinə Uruqvayın Nueva Palmiriya limanından başlayıb və 15 günlük Atlantik okeanı səyahətini uğurla tamamlayaraq, Afrika sahillərinə, Konqonun Matadi limanına çatıb.
Hazırda “Murovdağ” limanda yükünü boşaltmaq üçün lövbər reydində gözləmə mövqeyindədir.
Qeyd edək ki, bu nəhəng quru yük gəmisi 38 min ton yükgötürmə qabiliyyətinə (dedveytə) malikdir. Uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi suya oturumunun optimal dizaynı sayəsində bir çox dayaz limanlara rahatlıqla daxil ola bilir.
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib












