Azərbaycanda 4 helikopter satışa çıxarılır - QİYMƏTLƏR - SİYAHI

"Azərbaycan Hava Yolları" QSC-nin balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında qeyd olunub.
Satışa çıxarılanlar "SUPER PUMA AS 332 L1" (buraxılış ili 2004), iki ədəd "EUROCOPTER EC155 B1" (buraxılış ili 2005) və "Mİ-8 MTV-1" (buraxılış ili 1992) helikopterləridir.
Helikopterlərin start qiymətinə gəlincə, "SUPER PUMA AS 332 L1" 1 milyon 239 min manata, iki ədəd "EUROCOPTER EC155 B1"dən birincisi 644 min manata, digəri 508 min manata, "Mİ-8 MTV-1" isə 600 min manata təklif olunur.
Qeyd edək ki, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.

İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












