Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 83 milyon 110,2 min ton yük, 1 milyard 52 milyon 332,3 min sərnişin daşınıb.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 milyon 509,6 min ton (7,1 %) və 57 milyon 744,4 min sərnişin (5,8 %) çoxdur.
Hesabat dövründə 1 milyard 5 milyon 194,9 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 7 ayına nisbətən 57 milyon 791,6 min nəfər və yaxud 6,1 % çoxdur. Taksilərin xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə ilik müqayisədə 47,2 min nəfər və yaxud 0,1 % azalaraq 47 milyon 184,6 min nəfər olub.
Beləliklə, sərnişinlərin 95,5 %-i avtobus, 4,5 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.
2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 136,9 milyon ton olub. Yüklərin 60,6 %-i avtomobil nəqliyyatı vasitəsilə ilə daşınıb.
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI










