Azərbaycanda benzin bahalaşacaq?

Dünya Bankı neft məhsulları bazarının növbəti icmalını dərc edib. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bank neft məhsullarının qiymətlərin ciddi ucuzlaşacağını proqnozlaşdırır. Sadə dillə desək, baha qiymətə təklif olunan neft məhsulları tələbatın azalması fonunda dünya bazarında ucuzlaşır. Ancaq buna baxmayaraq əksər ölkələrdə neft məhsulları, xüsusilə benzinin qiyməti bahalaşır.
Qonşu Rusiyada son aylar avtomobil yanacağı davamlı olaraq bahalaşır. Rusiyada benzinin qiyməti ilin əvvəlindən bu yana 4,4% artıb və yaxın günlərdə bu proses davam edəcək. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, adətən neftdən asılı olan istehsalçı ölkələrdə "qara qızıl" ucuzlaşdıqca benzinin qiyməti bahalaşır: "Neft istehsal edən ölkələr dünya bazarında neft ucuzlaşdıqca məhsulların qiymətini qaldırırlar. Məsələn, Rusiyada neftin qiyməti ucuzlaşdıqdan sonra benzinin qiyməti ucuzlaşmayıb. Çünki, dövlət neftdən gələn gəliri kompensassiya etməyə və gəlirləri qoruyub saxlamağa çalışır. Bu cür vəziyyətdə neft istehsal edən ölkələrdə enerji qiymətləri bahalaşır".
Mütəxəssisin fikrincə, qeyri neft ölkələrində isə əksinə, neft məhsulları ucuzlaşır. Neft idxal edən ölkələr qiymət ucuzlaşdıqdan sonra əvvəlki illərlə müqayisədə enerjiyə daha az vəsait xərcləyir: "Nəticədə həmin ölkələrdə müsbət saldo yaranır. Enerjidən asılı olan ölkələrdə isə neftin qiymətinin ucuzlaşması böyük maddi itkilərə gətirib çıxarır. Neftin qiymətinin ucuzlaşmasının mənfi təsir etdiyi ölkərdən biri də Azərbaycandır. Ancaq buna baxmayaraq ölkəmizdə neft məhsullarının qiymətinin bahalaşacağını proqnozlaşdırmıram", - deyə iqtisadçı vurğulayıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












